2 sentyabr 2024-cü il tarixində Latviyada fəaliyyət göstərən soydaşımız, hüquqşünas Failə Abbasova Diasporla İş üzrə Dövlət Komitəsində olub. Görüşdə Dövlət Komitəsinin sədri Fuad Muradov, Failə Abbasovanı səmimi salamlayaraq, Komitənin fəaliyyəti, həyata keçirdiyi layihələr, Azərbaycan Evləri və Koordinasiya Şuraları haqqında məlumat verib.

QHT.az xəbər verir ki, Fuad Muradov, xaricdə yaşayan Azərbaycan icmalarının Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətində olduğunu vurğulayıb. Failə Abbasova, Latviyada yaşayan soydaşlarımızın Azərbaycanda gedən prosesləri yaxından izlədiyini və ölkə rəhbərliyinin uğurlu siyasətini dəstəklədiyini bildirib. Görüşdə, hüquqi maariflənmə və diaspor fəaliyyəti istiqamətində gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşdə Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov və Vəkillər Kollegiyasının üzvü Qasım Şaliyev də iştirak ediblər. Failə Abbasova hazırda Latviyada mediasiya sahəsində fəaliyyət göstərir və Sertifikatlaşmış Mediatorlar Şurasının sədridir.

 

Pərvanə Fərhadqızı