Masallı gəncləri Ulu Öndərin məzarını və II Fəxri xiyabanı ziyarət ediblər
Masallı Rayon Gənclər və İdman İdarəsinin və “Masallı Gənclər Evi” SXM-nin birgə təşkilatçılığı ilə 12 dekabr “Ümummilli lider Heydər Əliyevin anım günü” ilə əlaqədar adı çəkilən qurumların əməkdaşları Bakıya səfər edərək I və II Fəxri xiyabanı ziyarət ediblər.
Ziyarətdə “Masallı Gənclər Evi” SXM-nin direktoru Fuad Mənsimov və işçi heyəti, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov və kollektivi, Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə, Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva və kollektivi və Masallı Dövlət Regional Kollecinin tələbələri iştirak ediblər.
Ziyarət iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra iştirakçılar Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilib, məzarı önünə tər çiçəklər düzüblər.
Gənclər 2-ci Fəxri xiyabanı da ziyarət ediblər. Ziyarət zamanı ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub, məzarları üzərlərinə gül dəstələri düzülüb.












