İzmirdə əyləncə parkında yelləncək dönərkən ağaca dəyib. Hadisə nəticəsində yaralanan 6 nəfər xəstəxanaya çatdırılıb.
QHT.az xəbər veri ki, hadisə Buca Göleti ərazisində yerləşən əyləncə parkında baş verib.
Yelləncəkdə olan insanlar çaxnaşma və qorxu yaşayarkən, ətrafdakı insanlar vəziyyəti sağlamlıq və jandarma qruplarına xəbər verib.
Yaralıların müalicələrinin ardından evə buraxılacağı öyrənilib.
Pərvanə Fərhadqızı












