Lənkaran rayonunun İstisu qəsəbəsində Lənkəranın ABŞ-nin Monterey şəhəri ilə qardaşlaşması çərçivəsində salınan Dostluq parkının açılışı olub.

QHT.az xəbər verir ki, açılışda Lənkəran-Monterey Dostluq Assosiasyianın həmsədri Nensi Selfric və Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu Ramil Qurbanov iştirak ediblər. Səfirlik iki qardaşlaşmış şəhər arasında tərəfdaşlığı görməkdən məmnun qalıb. Yeni salınan parkda gələcəkdə Monterey günlərinin keçirilməsi təklif olunub.

Qeyd edək ki, ümumi sahəsi 5 ha olan ərazidə salınan Dostluq Parkı iki hissədən, göl və bağdan ibarətdir. Tikintisinə 2022-ci ildən başlanılan parkın birinci hissəsi yekunlaşıb. Ərazidə süni göl salınıb, göldə gənclərin istirahəti üçün katamaranlar yerləşdirilib, söhbətgahlar tikilib və yaşıllıqlar salınıb. Lənkəran-Monterey Dostluq Asossiasiyasının həmsədri Nensi Selfrij tərəfindən hədiyyə olunan “Cırtdan” heykəli qurulub.

 

Pərvanə Fərhadqızı