Elm adamları, 500 milyon ildən çox olduğu bilinən ən qədim üzən meduza növünü kəşf ediblər.
QHT.az xəbər verir ki, Kanadada bir fosil yatağında tapılan müstəsna dərəcədə yaxşı qorunan nümunələr əsasında kəşf edilib. Tədqiqatçıların fikrincə, tapıntılar, müasir üzən meduzaların bəzi anatomik xüsusiyyətlərinin, məsələn, onların tipik nəlbəki və ya zəng formalı bədənlərinin təxminən 505 milyon il əvvəl inkişaf etdiyini göstərir.
Qeyd olunur ki, meduzalar Yer kürəsində indiyədək mövcud olmuş ən qədim heyvan qruplarından birinə daxildir ki, bu qrupa mərcan və dəniz anemonları da daxildir.
Pərvanə Fərhadqızı












