Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və “Loqos” Psicologiya mərkəzinin tərəfdaşlığı ilə 7-8 dekabr tarixlərində Lerik rayonunda “Erkən evlilik və şüphəli nikahlara qarşı gənclərin maarifləndirilməsi” layihəsi həyata keçirildi.

 

Gənclərimiz bizim bu günümüz, sabahımız və gələcəyimizdir. Sağlam düşüncəli və savadlı gənclik isə uğurlu gələcəyin əsas təməlidir.

 

Son illər artmaqda olan erkən evliliklər gənclərimizin həyatında çox böyük və mənfi rol oynayır. Layihənin əsas məqsədi belə halların qarşısını almaq, gənclərimizə təhsilin önəmini aşılamaq və yanlış qərarların onların həyatına necə təsir edəcəyini göstərməkdir. 

 

Layihədə 4 təlim həyata keçirilmişdir və ümumi 250-dən çox gənc maarifləndirilmişdir.

 

Layihə çərçivəsində birinci təlim rayonun “Heydər Əliyev” mərkəzində baş tutdu və təlimdə dinləyici qismində valideynlər də iştirak etdi. İkinci təlim “Valeh İbrahimov adına İnteqrasiya təlimli İnternat tipli Gimnaziya”-da, üçüncü “Leytenant Arif Nuriyev adına Lerik rayon 1 Nömrəli texniki fənlər təmayüllü liseyi”-ində həyata keçirildi. Son təlimdə isə müxtəlif məktəblərdə təhsil alan gənclərlə Lerik rayon “Mədəniyyət Mərkəzi”-ində görüşdük