“Milli Olimpiya Komitəsi - 30”
“Azəriqaz” FK Masallıda minifutbol turnirinin qalibi olub
Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan Respublikası Olimpiya Komitəsi-30” devizi altında idarə, müəsissə və təşkilatlar arasında minifutbol üzrə rayon turnirinin finalı olub.
Dekabrın 14-də “Viləş” minifutbol meydançasında keçirilən oyun öncəsi .....
Turnirin mükafatlandırma mərasimində Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə idman ictimaiyyətini, eləcə də qalib komandaları təbrik edib, turnirin keçirilməsində əməyi olanlara, yarış iştirakçılarına minnətdarlıq bildirib.
İki qrupda 12 komandanın mübarizə apardığı yarışların final qarşılaşmasında “Azəriqaz” komandası “Masal Mebel”ə qalib gələrək turnirin qalibi adını qazanıb. “UGİM” və “Banks United” komandaları üçüncü yerə layiq görülüblər.
Qalib komandalara təşkilat komitəsi tərəfindən kubok, medal, diplom və qiymətli hədiyyələr təqdim edilib, müxtəlif nominasiyalar üzrə fərqlənən idmançılar mükafatlandırılıb.












