Onlayn İctimai Nəzarət Platforması tərəfindən həyata keçirilən “Fəal vətəndaş - 4” müsabiqəsinin qaliblər müəyyən olunub. 

QHT.az xəbər verir ki, 10.11.2022 – 24.11.2022 tarixləri müddətində keçirilən müsabiqə zamanı 28 problem ilə müraciət edən Eldəniz Mehrəliyev “Ən fəal vətəndaş” olaraq birinci yerin qalibi oldu! Onun 23 yaşı var, hal-hazırda sürücü olaraq çalışır. Fəal vətəndaş olaraq maşın sürdüyü ərazilərdə olan problemlərin şəkillərini Enezaret platformasına göndərdiyini bildirir.

 

İkinci yerin qalibi Cavad Salmanlının 32 yaşı var, Bakı şəhərində yaşayır. Qeyd edək ki, o “Fəal vətəndaş-2” və “Fəal vətəndaş-3” müsabiqəsinin qalibi olmuşdur. Bu dəfə müsabiqəyə 26 problem göndərmişdir.

 

Səid Hüseynzadə Enezaret tarixində olan ən gənc fəal vətəndaşdır. Onun 14 yaşı var, məktəblidir. Cudo ilə məşğul olmağı çox sevir. Müsabiqəyə 14 problem göndərib.

 

Bütün iştirakçılara təşəkkür edirik və uğurlar arzulayırıq!