"Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası İB 01.03.2023-31.05.2023 -ci illərdə layihə həyata keçirilib. Bu layihə 3 ay olmaqla 6 tədbirdən ibarət idi". - bu sözləri Layihə və təşkilat rəhbəri Paralimpiyaçı taekvondo üzrə dunya və Avropa çempionu əməkdar idman ustası Aynur Məmmədova QHT.az - a açıqlamasında bildirib.

Layihə qazilərə psixoloji təlim, öz şəxsi inkşafı haqqında maarifləndirmə, qazilərin tanıtımı və gənclərlə görüşü, qazilərin özünə məşğulluq proqramlarına cəlb olunması, öz şəxsi Karyerasını inkşaf etmək üçün maarifləndirmə, qazilərin Paralimpiya oyunlarına cəlb olunması və motivasiya, asudə vaxtlarının səmərəli keçirməsi üçün Boulinq yarışının təşkili kimi mövzularla əhatələnmişdi.  

Ümumlikdə layihədə 200- ə yaxın qazi iştirak etdi. Layihədə qonaq qismində millət vəkilləri, qht sədrləri, tanınmış idmançılar, həssas qrupdan olan şəxslər və digər insanlar iştirak etdilər. Layihə çox uğurlu həyata keçdi. Qazilər Bütün mövzuların onlara önəmli olduğunu vurğulayıblar. 

 

 

Pərvanə Fərhadqızı