Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində iyun ayının 12-də YAP Nəsimi rayon təşkilatı tərəfindən Heydər Əliyev ili çərçivəsində konfrans keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova vurğuladı ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyatında yeni eranın təməli qoyuldu: "Heydər Əliyevin ideyaları bugünkü güclü, zəngin, inkişaf edən Azərbaycanın, eləcə də ölkəmizin dünyada layiqli yer tutmasının əsasını qoydu. Ümummilli lider Heydər Əliyevin ideyaları Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin etibarlı və möhkəm dayaqlar üzərində qoyulması deməkdir".
Sonra rayonun Partiya sıralarına yeni daxil olan 44 günlük Vətən müharibəsi iştirakçılarına partiya vəsiqələri təqdim olunub.
Tədbir bədii hissə ilə davam etdi.
Pərvanə Fərhadqızı












