Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “Qərbi Azərbaycan irsinə dair tədqiqatlar” layihəsinə 1 iyul tarixindən başlayıb.

QHT.az xəbər verir ki, layihə çərçivəsində Qərbi Azərbaycanla bağlı  tədqiqatları davam etməklə bərabər, televiziya verilişlərinin çəkilişi həyata keçirilir.

Layihə çərçivəsində SƏS TV-də 29 iyul tarixində növbəti çəkiliş olub. Verilişin aparıcısı, layihə rəhbəri Əkrəm Bəydəmirli, qonaqlar Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun  “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri Cəbi Bəhrəmov, Vətəndaş Cəmiyyətinin təmsilçisi, Yeni Həyat Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, rejissor isə Murad Adiloğlu idi.

Qərbi Azərbaycanın təcavüzə məruz qalan  tarixi abidələri, dağıdılmış mədəni sərvətlərimiz. ermənilərin bu ərazilərə  köçürülməsi faktı və digər məqamlara veriliş zamanı aydınlıq gətirildi.

Tanınmış tarixçi alim Cəbi Bəhrəmov bu və digər məqamlarla bağlı tutarlı faktlar ortalığa qoydu. Nailə İsmayılova bu istiqamətdə Vətəndaş Cəmiyyətinin  görəcəyi işlərdən danışdı.

Qeyd edilib ki, veriliş montaj olunduqdan sonra geniş auditoriyaya təqdim olunacaq.

Ətraflı linkdə: https://youtu.be/l4jes2mpdcY