“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Mil-Muğan regionu üzrə könüllüləri üçün keçirilən “KürsüdəSən” – natiqlik müsabiqəsinə yekun vurulub.
QHT.az xəbər verir ki, layihə çərçivəsində iyunun 21-də müsabiqə iştirakçılarının təqdimatları və qaliblərin seçim mərhələsi olub. Könüllülər sərbəst mövzular üzrə münsiflər və digər iştirakçılar qarşısında çıxış edərək, həm təqdimat, həm də natiqlik bacarıqlarını nümayiş etdiriblər.
Sonda münsiflər və iştirakçılar tərəfindən birgə aparılan qiymətləndirmə əsasında 4 ən uğurlu təqdimatın sahibi müəyyən edilərək, mükafatlandırılıb.
Xatırladaq ki, “KürsüdəSən” layihəsi region gənclərinin natiqlik, özünüifadəetmə və ünsiyyət bacarıqlarını inkişaf etdirmək, eyni zamanda ideya və startapları olan könüllülər üçün uğurlu təqdimat təcrübəsi qazandırmaq məqsədilə həyata keçirilir.










