2023/2024-cü tədris ili üzrə Bakı Slavyan Universitetinin bakalavr və magistr pilləsində təhsilini başa vuran 1000-ə yaxın tələbəsi üçün iyunun 22-də möhtəşəm Məzun Günü keçirilib. Tədbir universitetin həyətində təşkil olunub və təntənəli şəraitdə baş tutub.

QHT.az xəbər verir ki, Məzun Günündə bir sıra rəsmilər, universitetin professor-müəllim heyəti və tərəfdaş qurumların nümayəndələri iştirak ediblər. Tədbirə dəvət olunan qonaqlar arasında “Regional İnkişaf” İctimai Birliyi də xüsusi yer alıb.

Tədbir zamanı məzunlar çıxış edərək təhsil müddətində əldə etdikləri bilik və bacarıqlardan, universitetin onlara verdiyi imkanlardan danışıb və müəllimlərinə təşəkkürlərini bildiriblər. Universitet rəhbərliyi isə öz növbəsində məzunları təbrik edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Məzun Günü, həmçinin müxtəlif musiqi və rəqs nömrələri ilə zənginləşdirilib, tələbələrin xatirə şəkilləri çəkməsi ilə yadda qalan bir tədbir olub. Bu xüsusi gün, məzunların universitetdən ayrılarkən daşıdıqları xatirələrin daha da möhkəmlənməsinə səbəb olub.