ABŞ alimləri dünən Kovid-19 olan insanlarda uzunmüddətli və ya daimi qoxu itkisinin səbəbini araşdıraraq öz nəticələrini dərc ediblər. Müvafiq olaraq, Kovid zamanı və ondan sonra immun hüceyrələr qoxu sinir hüceyrələrinə hücum edir və bu hüceyrələrin azalmasına səbəb olur.

Daha çox oxu

 

Duke Universiteti və Harvard Universiteti kimi ABŞ-ın aparıcı təhsil müəssisələrinin alimləri COVID-19 və uzun müddətli qoxu itkisi olan 9 xəstə də daxil olmaqla 24 biopsiyadan toplanmış qoxu nümunələrini analiz ediblər. Nəticəyə əsasən, "T hüceyrələri" adlanan immun hüceyrələrin qoxu üçün istifadə edilən həssas burun qişasında olan həyati sinir hüceyrələrinə hücum etdiyi və bu hüceyrələrin azalmasına səbəb olduğu üzə çıxıb. Bu qeyri-adi immun reaksiya yalnız aylarla qoxu hissini itirmiş xəstələrdə görüldü.

 

Tədqiqatçılar qoxu neyronlarının sayına baxdıqda, uzunmüddətli qoxu itkisi olanların qoxu neyronlarının əhəmiyyətli dərəcədə az olduğunu aşkar etdilər. Britaniya Tibb Assosiasiyası tərəfindən nəşr olunan tibb jurnalında dərc edilən araşdırma hesabatına görə, Covid zamanı qoxu hissini itirmiş insanların ən azı 5 faizi (dünyada təxminən 15 milyon insan) bu hissi tez bir zamanda bərpa etmir və ya tam itirir.