Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində artan Covid hadisələri səbəbindən xəstəxanaların dolmağa başladığını açıqlayıb.

ÜST-nın fövqəladə hallar üzrə direktoru Dr. Maykl Ryan, Çin səlahiyyətlilərinin xəstələrin nisbətən az olduğunu elan etməsinə baxmayaraq, reanimasiya xidmətlərində sıxlığın olduğunu söylədi.

 

QHT.az xəbər verir ki, ÜST-nın baş direktoru Tedros Adhanom Ghebreyesus da həftəlik mətbuat konfransında Çində baş verənlərdən çox narahat olduğunu söylədi.

 

Qebreyesus Çindən epidemiyanın miqyası, xəstəxanalara qəbul edilən xəstələrin sayı və reanimasiya tələb edən hallar barədə ətraflı məlumatları dərc etməyi xahiş edib.

 

Dr. Rayan görüşdə "çıxış yolu peyvənddən keçir" dedi.

 

Çin tərəfindən hazırlanan peyvəndin mRNT peyvəndləri ilə müqayisədə ağır hadisələrə və ölümlərə qarşı daha az qorunma təmin etdiyi açıqlanıb.

Qeyd edək ki, iki nəfərin bazar ertəsi, beş nəfərin isə çərşənbə axşamı öldüyü açıqlanıb.