İsveçin xarici işlər naziri Tobias Bilstrom Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın krallıqda Quranın yandırılmasına icazə verildiyi müddətcə Ankaranın Stokholmun NATO-ya daxil olmasını dəstəkləməyəcəyi ilə bağlı açıqlamasına münasibət bildirib.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, ölkə bu cür təxribat xarakterli hərəkətlərə münasibətini dəyişmək fikrində deyil.
“Biz ifadə azadlığı məsələsində güzəştə getmirik. İsveçin NATO-ya üzv olmaq üçün hansı meyarlara cavab verməsi ilə bağlı çox aydın tələblər var və biz tələblərə cavab veririk”, - Bilström bildirib.
İsveç Xarici İşlər Nazirliyinin rəhbərinin qeyd etdiyi kimi, krallıq öz konstitusiyası və qanunvericiliyi çərçivəsində fəaliyyət göstərməyə davam edəcək.
O, Stokholmun hüquqi müəyyənlik prinsiplərinə əməl edəcəyini də vurğulayıb.
Bundan əvvəl Ərdoğan bildirib ki, Türkiyə İsveçin NATO-ya üzvlük müraciətini təsdiqləməyəcək.












