Almaniya Bundestaqının sədr müavini Katrin Görinq-Ekkardt Ukraynanın paytaxtı Kiyevə gedib.
QHT.az xəbər verir ki, Səfəri ilə bağlı sosial media hesabından açıqlama verən Görinq-Eckardt, “Kiyev. Bu gün gecə qatarı ilə gəldim. Ukraynalılar öz ölkələrini və ümumi azadlığımızı müdafiə edirlər. Onların cəsarətinə heyranam. Növbəti bir neçə gün ərzində mən yenidənqurma, humanitar vəziyyət və yerdəki çətin gündəlik həyat haqqında bir fikir əldə etmək istərdim." sözlərindən istifadə edib.