Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə QHT.az-a verdiyi özəl açıqlamada məcburi köçkünlərin doğma torpaqlara qayıdışını yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu proses tədricən həyata keçirilir və ölkədə böyük inkişaf işləri gedir.

Rizazadə qeyd edib ki, yeni yolların tikilməsi, müasir tipli yaşayış evləri və məktəblərin inşası köçkünlərin qayıdışını sürətləndirəcək. O əlavə edib ki, məcburi köçkünlər iqtisadiyyatın, xüsusən də kənd təsərrüfatının inkişafında fəal iştirak edəcəklər, çünki dövlət tərəfindən güclü dəstək göstərilir. Bu, Azərbaycanın iqtisadiyyatının daha da yüksəlməsinə səbəb olacaq.

 

Pərvanə Fərhadqızı