“29 İqlim söhbəti: COP29-a gedən yol” təşəbbüsü çərçivəsində, BMT Əhali Fondunun (UNFPA) Azərbaycandakı Nümayəndəliyi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə ADA Universitetində İqlim dəyişikliyinin reproduktiv sağlamlığa təsiri mövzusunda tədbir keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə aparıcı ekspertlərin dəyərli fikirləri dinlənilib, reproduktiv sağlamlığın milli iqlim tədbirləri planlarına daxil edilməsinin vacibliyi vurğulanıb. İştirakçılar iqlim dəyişikliyinin həssas qruplara, xüsusilə də qadınlar və uşaqlara hansı şəkildə daha ağır təsir etməsindən danışıblar.
Bu müzakirə, noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a qədər keçirilən silsilə tədbirlərdən biridir! Daha sağlam və davamlı bir gələcək üçün birlikdə çalışmağa davam edək.










