Dünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir.
QHT.az bu narahatlıqlarla bağlı "Səma və Eko sosial-iqtisadi inkişafa yardım İctimai Birliyinin sədri İradə Həsənovadan açıqlama alıb. QHT sədrinin sözlərinə görə, ətraf mühitin çirklənməsi dünyanın qlobal problemlərindən biridir və bunun da əsas səbblərindən biri iqlim dəyişikiyi və qlobal istiləşmədən irəli gəlir: “Ətraf mühitin çirklənməsində əsasən də şəhər mühitində bu gün zavod və fabriklərin olması, havaya buraxılan, havanı çirkləndirən müxtəlif qazlar, həddindən artıq avtomobillərin olması müşahidə olunur. İnsanların özləri də ətraf mühiti çirkləndirmədə böyük rol oynayırlar. Ölkəmizi qeyd etsək, bildiyiniz kimi ətraf mühitin çirklənmələrindən biri bizim mənfur qonşumuz Ermənistanın Azərbaycanın ekologiyasına etdiyi terrordur. Bu gün ən böyük problemlərimizdən biri iqlim dəyişikliyi və qlobal istiləşmədir. Bunların qarşısı alınmasa getdikcə təmiz su tökənər, içməli suyun 30-cu ilə kimi təhlükəsi yaranar, qıtlaşma başlayar. Eyni zamanda meşələrin qırılması, kəsilməsi, dünyada gedən meşə yanğınları hamısı ətraf mühitə çox böyük mənfi təsir göstərir. Qarşısı alınmasa böyük fəlakətlər baş verəcək”.
Qeyd edək ki, dünyanın buz təbəqəsinin indiki sürətlə əriməsi nəticəsində Yer kürəsində suyun səviyyəsinin XXI əsrin ortalarına qədər 0,5-1 m, sonunda isə 2 m-dən çox artacağı və planetimizin ərazisinin bir hissəsinin su altında qalacağı gözlənilir. Prosesin bu cür geniş vüsət alması və onun tezliklə qarşısının alınmadığı təqdirdə buzlaqların tamamilə əriməsi nəticəsində suyun səviyyəsinin 80-90 m qalxması təhlükəsi gözlənilir. Ona görə də buzlaqların hamısının qlobal iqlim dəyişkənliyinin təsirindən qorunması, atmosferin parnik effekti yaradan qazlarla çirklənməsinin qarşısının alınması artıq bütün ölkələr, bəşəriyyət üçün beynəlxalq və planetar əhəmiyyətli məsələ kimi qarşıya qoyulur.
Pərvanə Fərhadqızı












