Wi-Fi, internet bağlantınızın sürəti sizi qane etmir?
QHT.az xəbər verir ki, deməli Wi-Fi mademi düzgün yerdə qoyulmayıb. Belə ki, soyuducu, mikrodalğalı soba, bluetooth cihazları yaxınlığında, gün düşən yerlərdə və ya digər istilik mənbələrinin, akvariumların yaxınlığında, zirzəmidə və ya çardaqda madem qoyulmamalıdır. Mademi akvariumların yaxınlığında ona görə qoymaq olmaz ki, balıq olan bir yer rütubətli olur, həmçinin su radio dalğalarının keçməsinə mane olur. Bu zaman internetin surəti azalır. Siqnalın beton divarlar və ya tavanlar tərəfindən zəiflədilə biləcəyi yerlər də internetin gücünü azaldır.
Əgər mademdə ikidən çox antena varsa, onların hamısını eyni istiqamətə yönəltmək tövsiyə edilmir. Bu, antenaların işləmə prinsipi və siqnalın yayılması ilə bağlıdır. Ən yaxşı Wi-Fi siqnalını əldə etmək üçün antenaları müxtəlif istiqamətlərə yaymaq tövsiyə olunur. Məsələn, bir antenanı üfüqi, digərini isə şaquli olaraq göstərməyə cəhd edə bilərsiniz.
Qeyd edək ki, Wi-Fi router yerdən mümkün qədər yüksək olmalıdır, çünki mademdən gələn siqnal qövsvari şəkildə yayılır. Cihaz yerdədirsə, siqnal enerjisinin əhəmiyyətli bir hissəsi otağın lazımi şəkildə örtülmədən sadəcə yerə gedəcəkdir.
Mademi evin mərkəzinə qoyun ki, siqnal bütün otaqları bərabər şəkildə əhatə etsin. Optimal hündürlük 1,5-2 metrdir. Ancaq nə qədər yüksək olsa, bir o qədər yaxşıdır. Bir qayda olaraq, ən yaxşı yer koridordur, çünki siqnal ən yaxın otaqlara asanlıqla yayılır. Bunlarla yanaşı kiçik testlər keçirməyiniz, müxtəlif yerlərdə siqnal keyfiyyətini yoxlamanız da tövsiyə olunur.
Pərvanə Fərhadqızı












