Sloveniyanın Potcetrtek şəhərində Yeniyetmə və Gənc Savatçılar arasında keçirilən Dünya Çempionatına yekun vurulub.
Azərbaycan Savat Federasiyası Hakimlər Kollegiyasının sədri, Dünya və Avropa çempionu Hikmət Xəlilov QHT.az -a açıqlamasında bildirib ki, Baş Məşqçi Taleh Nağızadənin rəhbərliyi ilə yollanan savatçılarımız arasından yeniyetmə savatçımız Məhəmməd Süleymanov (MOİK- 75 kq) Qızıl medal qazanıb.
Gənc savatçılarımız arasından isə Tamerlan Şahverdiyev (BAKI- 48 kq) Gümüş Medal qazanıb.
Digər gənc savatçılarımız Yasin İbrahimov (Gəncə- 52 kq) və Ələkbər Xanməmmədov (ŞUŞA- 56 kq) 1/5 finaldan məğlub tərəf kimi ayrılaraq medal qazana bilməyiblər .
Qeyd edək ki, Azərbaycan Savat Federasiyasının Milli Yığma Komandası qazandıqları Qızıl və Gümüş medalları Azərbaycan Silahlı Qüvvələrinə həsr ediblər.
Bu tarixi qələbə münasibətilə idmançılarımızı və bütün Azərbaycan xalqını QHT.az Vətəndaş Cəmiyyəti adından bir daha təbrik edirik!
Pərvanə Fərhadqızı












