Model A şaquli olaraq qalxıb enə, eyni zamanda adi avtomobil kimi sürə və park edə biləcək.
QHT.az xəbər verir ki, ABŞ-da Federal Aviasiya İdarəsi yolda həm uça, həm də idarə edə bilən ilk elektromobilin hazırlanması və sınaqdan keçirilməsi üçün icazə verib. Avtomobil yollarında sürə və klassik avtomobil kimi park edə bilən ilk uçan avtomobil şaquli şəkildə qalxıb enə biləcək. Bir və ya iki sərnişin tutumu olan avtomobil quruda 320 km, havada isə 180 km-ə qədər məsafə qət edə biləcək. Eyni zamanda, 40 km/saatdan çox sürətə çata bilməyəcək. Startap bu cür avtomobilləri 2025-ci ilin sonuna kimi 300 min dollar qiymətə satmağa başlayacağını gözləyir.
Pərvanə Fərhadqızı












