7 aprel Ümumdünya Sağlamlıq günü ilə bağlı Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə QHT.az-a açıqlama verib.
O bildirib ki, insan sağlamlığı hər şeydən önəmlidir və dövlət səhiyyənin inkişafı üçün çalışır. Son illərdə xəstəxanalara yeni avadanlıqlar gətirilib, şərait yaxşılaşdırılıb, sanitar vəziyyət və qidalanma məsələləri diqqətə alınıb.
Rizazadə vurğulayıb ki, hələ də bəzi problemlər mövcuddur: bəzən həkimlərin məsuliyyətsizliyi xəstələrin narazılığına səbəb olur, xəstəxanalarda proseslər tam şəffaf deyil. İcbari Tibbi Sığortanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməsi isə sistemin daha şəffaf işləməsinə imkan yaradacaq.
O həmçinin qeyd edib ki, savadlı tibb kadrlarına yol açılmalı, həkimlər bacarıqlarını paylaşmalı və xəstə sayı çox olduğundan onların sayı artırılmalıdır. Rizazadə arzu edib ki, Azərbaycan vətəndaşı səhiyyə sistemindən məmnun qalsın və hər hansı sağlamlıq problemi zamanı etibarlı həkimlərə müraciət edə bilsin.
Dövlət, vətəndaş cəmiyyəti və həkimlərin birgə səyi ilə səhiyyədəki mövcud problemlərin aradan qaldırılması və sistemin inkişafı təmin
Zəhra Ağayeva






