Barometr TV “ictimai nəzarət” adı altında fəaliyyət göstərən şəxslərlə bağlı gizli çəkiliş yayımlayıb.

Videoda səsləndirilən iddialara görə, özlərini QHT və media təmsilçisi kimi təqdim edən şəxslər bu iki sahənin imkanlarından istifadə edərək müxtəlif yollarla pul qazanmağa çalışırlar. Bildirilir ki, şəbəkənin ayrı-ayrı rayonlarda da nümayəndələri fəaliyyət göstərir.

Bu, yeni üsul deyil. Son 6–7 il ərzində oxşar fəaliyyət göstərən 3–4 belə şəbəkə formalaşıb və sonradan ifşa olunub. Buna baxmayaraq, ayrı-ayrı şəxslər eyni mexanizmi fərqli adlar altında davam etdirməyə çalışırlar.

Belə halların “ictimai nəzarət” adı ilə həyata keçirilməsi bu vacib institutun mahiyyətini təhrif edir, cəmiyyətdə ona olan etimadı azaldır və həqiqi ictimai nəzarət fəaliyyəti ilə məşğul olan QHT və media qurumlarının nüfuzuna zərər vurur.

“Sən pula getmə, pul sənə gələcək”.