Human Rights Watch (HRW) Əfqanıstanda Taliban tərəfindən saxlanıldığı bildirilən iki BMT əməkdaşı və altı QHT işçisinin dərhal azad edilməsinə çağırıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, məlumata görə, qadın və uşaqların hüquqlarının müdafiəsi ilə məşğul olan Women and Children Legal Research Foundation təşkilatının altı əməkdaşı iyunun 21-də Kabildəki ofisə keçirilən basqından sonra saxlanılıb.
HRW bildirib ki, saxlanılan şəxslərin harada olduğu və onlara qarşı hansı ittihamların irəli sürüldüyü barədə məlumat verilmir. Təşkilat bu cür həbslərin Əfqanıstanda humanitar və insan hüquqları fəaliyyətinə ciddi maneə yaratdığını vurğulayıb.












