Dayaq Xeyriyyə İctimai Birliyi ilə Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi arasında əməkdaşlıq əlaqələri çərçivəsində sosial fəaliyyətlər davam etdirilir.

İctimai Birliklərin növbəti aksiyası Neftçala rayonunda həyata keçirilib. Neftçala şəhəri, bir qəsəbə və altı kənd üzrə 20 ailə ilə görüşlər keçirilib. Əsas diqqət valideyn himayəsindən məhrum olan uşaqların yaşadığı ailələrə yönəldilib.

Aksiya çərçivəsində 8 ailəyə üç aylıq ərzaq təminatını qarşılayan kartlar təqdim olunub. Bir ailənin övladının əməliyyat xərclərinə, bir tənha qadının müalicə ehtiyaclarına, bir qadının sahibkarlıq fəaliyyətinə başlamağı üçün ilkin yardım göstərilməsinə, iki ailədə isə sanitar qovşağın tikintisi üçün hazırlıq işlərinə başlanılıb.

Tədbir Qaraman İcma Mərkəzi tərəfindən təşkil olunub.

Layihənin maliyyə dəstəyi Dayaq Xeyriyyə İctimai Birliyi tərəfindən, təşəbbüs isə Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən göstərilib.