Afrikada inkişaf sektoru üzrə vakansiyaların sayı son bir ildə əhəmiyyətli dərəcədə azalsa da, regionda yeni inkişaf mərkəzləri formalaşır və yerli mütəxəssislərə tələbat artır.

QHT.az xarici mediaya istinadən bildirir ki, 2025-ci il iyunun 1-dən 2026-cı il mayın 31-dək Afrikada inkişaf sektoru üzrə 11 878 vakansiya elan edilib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 41 faiz azalma deməkdir.

Araşdırmada qitədə ən çox işə qəbul həyata keçirən çoxtərəfli təşkilatlar, tədqiqat institutları və beynəlxalq qeyri-hökumət təşkilatları müəyyən edilib. Hesabatda işəgötürənlərin daha çox hansı vəzifələr və bacarıqlar üzrə kadr axtardıqları da təhlil olunur.

Buna baxmayaraq, ekspertlər hesab edirlər ki, Afrikada inkişaf sektorunda yeni regional mərkəzlər yaranır və yerli peşəkarların rolu getdikcə daha da güclənir.

Piranə Xasiyeva