Bütün insanların eyni hüquqlara malik olması fikrinə əsaslanan Ümumdünya İnsan Hüquqları Bəyannaməsi 30 maddədən ibarətdir.
QHT.az xəbər verir ki, bu ümumbəşəri sənədin 75-ci ildönümü münasibətilə BMT-nin Azərbaycandakı nümayəndəliyi BDU-nun Hüquq fakültəsi ilə birgə maddələrin sadələşdirilmiş izahlı videoçarxını hazırlayıb.
Maddə 2:
Hər bir insan irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və ya sosial mənsubiyyəti, əmlak vəziyyəti, doğum və digər vəziyyətlərinə görə heç bir fərq qoyulmadan hazırkı Bəyannamədə bəyan edilən bütün hüquq və azadlıqlara malik olmalıdır. Bundan əlavə, insanın mənsub olduğu ölkənin və ya ərazinin siyasi, hüquqi və beynəlxalq statusuna, bu ərazinin müstəqil, asılı, özünü idarə etməyən və ya suverenliyi hər hansı digər şəkildə məhdudlaşdıran ərazi olub-olmamasından asılı olmayaraq, heç bir fərq qoyulmamalıdır.
Pərvanə Fərhadqızı












