""Himayədar ailə" qayğı modeli ilə bağlı işlər yekunlaşıb".
QHT.az APA-a istinadən xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, hazırlanmış müvafiq sənədlər aidiyyəti orqanlara göndərilib:
"Altsistem də yaradılıb. Qanunvericilik məsələləri tənzimləndikdən sonra xidmətin tətbiqinə başlanılacaq. Bununla da ümid edirik ki, dövlət uşaq müəssisələrində böyüyən uşaqlara ailə mühiti yaratmağa müvəffəq olacağıq".












