Bu günə qədər övladlığa götürülmüş 1273 uşağın monitorinqi həyata keçirilib.

 

QHT.az APA -a istinadən xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

 

O bildirib ki, görülmüş reinteqrasiya tədbirləri nəticəsində ümumilikdə ötən dövrdə 240 uşaq ailəsinə qaytarılıb:

 

"Onlardan 94 nəfəri qız, 146-sı oğlandır. Bu uşaqlardan 109-u bu il reinteqrasiya edilənlərdir. 01.11.2022-ci il tarixindən 9 nəfəri oğlan, 9 nəfəri qız olmaqla 18 nəfər uşaq müəssisələrinə yerləşdirilib. Hazırda 640 nəfəri qız, 923 nəfəri oğlan olmaqla müəssisələrdə olan uşaq sayı 1563 nəfərdir. Övladlığa verilməsi mümkün olan uşaqların sayı isə 66-dır"