"Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri Kəmalə Aşumova QHT.az-a özəl açıqlamasında qeyd edib ki, 2024-cü il təşkilat üçün məhsuldar və əhəmiyyətli bir dövr olub. Qaynar xətt vasitəsilə yüzlərlə qadın və uşağa dəstək göstərilib, zorakılıq və təhlükəli hallara operativ reaksiya verilib, reabilitasiya və reinteqrasiya proqramları həyata keçirilib.

2025-ci ildə təşkilatın prioritetləri arasında ailələr üçün sosial xidmətlərin genişləndirilməsi, uşaqların təhsil və inkişaf proqramlarının dəstəklənməsi, işğaldan azad edilmiş ərazilərdə psixoloji reabilitasiya təşəbbüsləri, zorakılıqla mübarizə və reabilitasiyaya innovativ yanaşmalar yer alır.

Kəmalə Aşumova bildirib ki, hər bir uşağın təhlükəsiz və layiqli həyat şəraiti əldə etməsi əsas məqsədlərindən biridir və bu istiqamətdə fəaliyyət davam etdiriləcək. Təşkilat bütün maraqlı tərəfləri əməkdaşlığa dəvət edir.

 

Pərvanə Fərhadqızı