Bu gün güclü yüksək dərəcəli günəş partlayışı baş verib. Bu barədə Rusiya Federasiyasının Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidməti məlumat yayıb.
QHT.az xəbər verir ki, mütəxəssislər maqnit qasırğasına səbəb ola biləcək məşəldən sonra proton axınının Yerə yaxın kosmosa daxil olmasını qeyd edirlər.
Xatırladaq ki, bu yaxınlarda, yanvarın 22-də, təxminən, 22:30-da, ulduzumuzun əks yarımkürələrində yerləşən iki fərqli günəş ləkəsindən “demək olar ki, eyni vaxtda” bir cüt güclü günəş partlayışı baş verdi . Simpatik günəş alovu kimi tanınan bu son dərəcə nadir hadisə, günəş maksimumu kimi tanınan günəşin 11 illik dövründə partlayıcı zirvəyə sürətlə yaxınlaşdığımızı xatırladır.
Pərvanə Fərhadqızı












