“Əmək haqqı fondunun artımı isə əhalinin sosial müdafiəsinin gücləndirilməsi və eyni zamanda daxili bazarda alıcılıq qabiliyyətinə təkan verməklə iqtisadiyyata stimul deməkdir”. 

QHT.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov bildirib. Onun sözlərinə görə, 2018 - ci ildə keçirilmiş Prezident seçkilərindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyindəki kadr dəyişiklikləri nəticəsində bu sahədə əldə edilən müsbət nəticələrin, o cümlədən şəkildə əyani olaraq göstərilib: “Bu rəqəmlərin ölkənin ümumi sosial və makroiqtisadi inkişaf göstəricilərinə pozitiv təsirləri danılmazdır”. 

 


Pərvanə Fərhadqızı