Günəşdə Yerə yönəlmiş bir neçə alov baş verdi. Bu səbəbdən planetimizdə G4 sinfinə aid güclü maqnit qasırğası gözlənilir.
QHT.az xəbər verir ki, son 24 saat ərzində günəş aktivliyinin çox yüksək səviyyədə olduğu bildirilir. Bir sıra orta və güclü günəş partlayışları baş verdi. İyulun 29-30-da baş verəcək koronal kütləvi atılma ilə birlikdə əhəmiyyətli bir geomaqnit qasırğası gözlənilir.
Kosmik meteoroloji fizik Dr. Tamita Skov təklif edir ki, çoxsaylı alovlar nəticəsində biz G4 olmasa da, ən azı G3 maqnit qasırğasını görə bilərik - bu, şiddətli fırtına deməkdir.
Qeyd edək ki, maqnit qasırğaları günəş küləyinin Yerin maqnit sahəsi ilə qarşılıqlı təsirindən yaranan geomaqnit pozğunluqlardır. Bu qasırğalar peyk rabitəsi, naviqasiya sistemləri və elektrik şəbəkələrində nasazlıqlara səbəb ola bilər. Eyni zamanda, aviasiya və gəmiçilikdə rabitə problemlərinə yol aça bilər. İnsanlar üçün isə maqnit qasırğaları baş ağrısı, ürək döyüntüsünün artması və qan təzyiqinin yüksəlməsi kimi sağlamlıq problemlərinə yol aça bilər. Bu səbəbdən, güclü maqnit qasırğaları zamanı fiziki fəaliyyəti məhdudlaşdırmaq və sağlamlığa diqqət yetirmək tövsiyə olunur.
Pərvanə Fərhadqızı










