Deputat Vüqar Bayramov minimum əmək haqqının artırılması ilə bağlı açıqlama verib. 

QHT.az xəbər verir ki, onun sözlərinə görə, noyabrın 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi artım təklifləri hazırlayacaq, artımın məbləği hələlik bəlli deyil, amma noyabrda açıqlanacaq: "Minimum əmək haqqı sonuncu dəfə 2023-cü ilin yanvarında 345 manat olub, son 5 ildə 2.7 dəfə artıb. Yeni artımda inflyasiya səviyyəsi və orta aylıq əmək haqqının artım faizi nəzərə alınacaq. 2023-cü ildə inflyasiya 8.8%, orta aylıq əmək haqqı isə 11.3% artıb. 2024-cü ildə də artımlar gözlənilir. Minimum əmək haqqının 2 rəqəmli artım faizlə artması ehtimal olunur."

Deputat həmçinin bildirib ki, artımın 700 mindən çox vətəndaşı əhatə edəcəyi gözlənilir.