14 noyabr 2024-cü il tarixində Azərbaycan COP29 çərçivəsində Yaşıl zonada keçirilən “Green Islamic Finance” mövzusunda panel müzakirəsi beynəlxalq media platforması Islamic Finance News (IFN) tərəfindən geniş şəkildə işıqlandırılmışdır. Tədbirin təşəbbüskarı İqtisadi Resursların Öyrənilməsi Mərkəzi olmuşdur.
QHT.az xəbər verir ki, bu barədə İqtisadi Resursların Öyrənilməsi Mərkəzindən bildirilib. Qeyd olunub ki, panel müzakirəsi zamanı İslam maliyyəsi prinsiplərinə uyğun şəkildə yaşıl iqtisadiyyatın inkişafı, maliyyə bazarlarında davamlılıq və ekoloji layihələrə dəstək kimi mövzular müzakirə edilmişdir. Tədbir, iştirakçıların yaşıl maliyyə və ekoloji məsuliyyət sahəsində yeni yanaşmaları paylaşması üçün əhəmiyyətli platforma yaratmışdır.
Qeyd edək ki, Islamic Finance News İslam maliyyəsi, bankçılıq, sığorta (Takaful), kapital bazarları və iqtisadi fəaliyyətlərə dair ən son xəbərlər, təhlillər və məlumatlar təqdim edən nüfuzlu beynəlxalq platformadır. Azərbaycan tərəfindən təşkil edilən bu tədbirin belə bir prestijli mediada işıqlandırılması ölkəmizin bu sahədəki təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən diqqətə alındığını göstərir.
www.islamicfinancenews.com/cop29-green-islamic-finance-panel-discussion






