BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi (OCHA) bildirir ki, oktyabrın 6-dan dekabrın 15-dək İsrail ordusu Qəzzada məktəb binalarına 95 hücum edib. Bu binaların əksəriyyəti məcburi köçkün fələstinlilərin sığınacağı olub.

QHT.az xəbər verir ki, OCHA-nın məlumatına görə, dekabrın 14-15-də Qəzzanın şimalında 61 hücum qeydə alınıb və 4 məktəb vurulub.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra bölgədə vəziyyət kəskin şəkildə pisləşib. İsrail buna cavab olaraq Qəzza zolağına və ətraf ərazilərə zərbələr endirib.

 

R.İmanov