“Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev, QHT.az-a açıqlamasında Qarabağın bərpası və inkişafı istiqamətində gənclərin mühüm rol oynadığını vurğulayıb. O, Azərbaycan Respublikasının Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə Qarabağda müxtəlif layihələrin icrasında yaxından iştirak etdiklərini qeyd edib.
Azər Əliyev əlavə edib ki, təşkilatları Qarabağın tanıdılması və gənclərin məşğulluğunun təmin olunması məqsədilə dərzilik kursları kimi proqramlar keçirməyi planlaşdırır. "Qarabağın hər bir iqtisadi zonasında yeni iş yerlərinin yaradılması prosesində gənclərin fəal iştirakı vacibdir," - deyə QHT sədri bildirib. O, maarifləndirmə tədbirləri və KİV vasitəsilə təbliğat işlərinin də davam etdirildiyini qeyd edib.
Pərvanə Fərhadqızı










