16 oktyabr 2024-cü il tarixində Dövlət Gömrük Komitəsi Akademiyasının Tələbə Gənclər Təşkilatı tərəfindən "Gələcəyə fokuslan: LinkedIn strategiyaları, karyera planlaması və təhsil" adlı seminar təşkil olundu.
QHT.az xəbər verir ki, tədbirdə 20 ildən çox təcrübəyə malik təlimçi Sahilə Həmidova çıxış edərək, karyera inkişafı, təhsil və peşəkar əlaqələrin qurulması ilə bağlı dəyərli məsləhətlər verdi.
Seminar zamanı LinkedIn platformasından effektiv istifadə üsulları, karyera planlamasında doğru addımlar atmaq və beynəlxalq sertifikatların əhəmiyyəti geniş müzakirə edildi. İştirakçılar öz suallarını verərək, peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək üçün faydalı tövsiyələr əldə etdilər.










