“Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev, QHT.az-a verdiyi açıqlamada Laçın-Xankəndi yolunda keçirilən ekoloji aksiyada iştirak etdiklərini vurğulayıb. Əliyev bildirib ki, bu aksiya Qarabağın ermənilər tərəfindən talan edilməsinin qarşısını almaq məqsədi daşıyırdı və 100-lərlə qeyri-hökumət təşkilatı bu təşəbbüsə qoşulmuşdu.

“Bu gün artıq Qarabağımızın tam çiçəklənmə dövrü gedir. Şəhərlərimiz, kəndlərimiz ermənilər tərəfindən dağıdılmışdı, lakin hazırda Cənab Prezidentin xüsusi diqqəti ilə quruculuq və abadlıq işləri sürətlə davam edir,” - deyə Əliyev əlavə edib. O, bu prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının da fəal iştirak etdiyini bildirib.

 

Pərvanə Fərhadqızı