"Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyi "Yuvenal Ədliyyə" mövzusu üzrə Gənclər təşkilatları nümayəndələri üçün noyabr ayının 20-sində seminar təşkil edəcək.
QHT.az xəbər verir ki, bu barədə “Hüquqi Təhlil və Araşdırma” İctimai Birliyinin sədri Ramil İskəndərli məlumat verib. QHT sədri bildirib ki, iştirak etmək istəyənlər qeyd olunan formanı dolduraraq 16 noyabr 2023-cü il tarixinədək müraciət edə bilərlər: “Seminar zamanı qanunla ziddiyətdə olan yetkinlik yaşına çatmayan şəxslərlə bağlı mühakimə icraatı sahəsində beynəlxalq standartlar və təcrübə məsələləri müzakirə ediləcəkdir. 15 nəfər iştirak edəcək. Seminarın sonunda sertifikatlar təqdim ediləcəkdir”.
Pərvanə Fərhadqızı












