Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci ildönümü münasibətilə BMT-nin Azərbaycandakı nümayəndəliyi BDU-nun Hüquq fakültəsi ilə birgə maddələrin sadələşdirilmiş izahlı videoçarxını hazırlayıb.

QHT.az həmin videonu təqdim edir. Maddə 7: Bütün insanlar qanun qarşısında bərabərdir və heç bir fərq qoyulmadan qanun tərəfindən bərabər müdafiə olunmaq hüququna sahibdir.

Qeyd olunur ki, bütün insanlar, hazırkı Bəyannaməni pozan istənilən ayrı-seçkilik aktı və belə bir ayrı-seçkiliyə hər cür təhrikdən müdafiə olunmaqda bərabər hüquqlara sahibdir.

 

 

Pərvanə Fərhadqızı