Azərbaycan Respublikasının Gənclər fondunun dəstəyi ilə “ Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi 15 noyabr 2021- ci il tarixində Lənkaran şəhərində “ Narkomaniya insanlığın faciəsidir” adlı tədbir keçirmişdir. Rayon Mərkəzi kitabxanasında keçirilən tədbirdədə Lənkaran Dövlət Universitetinin, Lənkaran Tibb kolecinin, rayon idman məktəbinin, 4 saylı tam orta məktəbinin gəncləri fəal iştirak etmişdilər.
Tədbiri giriş sözü ilə Mərkəzi kitabxananın xidmət şöbəsinin müdiri Xədicə xanın Məmmədova açaraq qonaqları və gəncləri salamladı.
Layinəni təlimçisi Tələt Qəribov çıxışında narkomaniyanın cəmiyyətdə yaratdığı fəsadlardan, insanlara vurduğu maddi və mənəvi zərərlərindən danışdı və “ Ağ ölüm” ə qarşı hamılıqla mübarizə aparılmasını vacibliyini qeyd etdi. Bu gün narkomaniyanın geniş yaylmasını düşmənlərimizin gənclərimizə qarşı, genefondumuza qarşı gizli yolla apardıqları müharibəyə bənzətdi.
Lənkaran Dövlət Universitetini müəllimi Əlizadə Əsədov, 4 saylı tam orta məktəbinin drektor müavini İlqar İsmayılov, Tibb kolecinin tələbələri Həsənzadə Nərgiz, Nərmanova Xəyalə narkomaniyanın insanın daxili orqanların yaratdığı sonsuz problemlərdən danışdılar. Sonda gənclərin sualları cavablandırıldı.












