Saxtakarlıq səbəbindən muzeyin son on ildəki itkiləri 10 milyon avronu keçib.

QHT.az xəbər verir ki, Paris prokurorluğu 10 milyon avro dəyərində Luvr biletləri ilə bağlı mümkün genişmiqyaslı fırıldaqçılıq sxemi ilə bağlı istintaq çərçivəsində doqquz nəfərin həbs olunduğunu açıqlayıb. Həbslər Luvr Muzeyinin 2024-cü ilin dekabrında şikayət ərizəsi təqdim etməsindən sonra başlanan məhkəmə istintaqının bir hissəsi olaraq həyata keçirilib.

Muzeyin son on ildəki itkilərinin 10 milyon avronu keçdiyi təxmin edilir.

 

R.İmanov