Almaniya kansleri Fridrix Merz Çinin yaxın gələcəkdə hərbi cəhətdən ABŞ-a çata biləcəyini söyləyərək, ABŞ-ın qlobal liderliyinin artıq sual altına alındığını vurğulayıb.

QHT.az xəbər verir ki, Merz Münhen Təhlükəsizlik Konfransında çıxış edərkən qeyd edib ki, "Çin uzun illər ərzində strateji səbrlə bunun təməlini qoyub".

O, həmçinin əlavə etdi: "Amerika Birləşmiş Ştatlarının liderlik iddiası hər halda mübahisəlidir, hətta məğlub deyilsə belə."