Özbəkistan Respublikası Ali Məclisi yanında Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək İctimai FondU tərəfindən elan edilmiş dövlət qrantı müsabiqəsində Fərqanə vilayətindən qalib seçilmiş vətəndaş cəmiyyəti institutlarının rəhbərləri və layihə koordinatorlarının iştirakı ilə təlim seminarı təşkil olunub.

QHT.az xəbər verir ki, müsabiqədə vilayətdən 8 təşkilat qalib olub. Həmin təşkilatlar tərəfindən məhəllələrin infrastrukturunun yaxşılaşdırılması, əhali üçün layiqli və rahat yaşayış şəraitinin yaradılması, məşğulluğun təmin edilməsi, ekoloji problemlərin aradan qaldırılması, idman meydançalarının və kitabxanaların yaradılması, eləcə də təhsil və sağlamlaşdırma kimi prioritet istiqamətlər üzrə ümumi dəyəri 1 milyard 404 milyon som olan layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Seminar zamanı dövlət qrantı layihələrinin səmərəli icrası, müəyyən edilmiş vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, maliyyə və hesabatların aparılması qaydaları ilə bağlı praktiki tövsiyələr verilib.