QHT.az xarici mediaya istinadən bildirir ki, təşkilatların birgə bəyanatında bildirilir ki, 2026-cı il sentyabrın 12–13-də LGBTİ+ fəallarına və hüquq müdafiəçilərinə qarşı polis əməliyyatları keçirilib. Əməliyyatlar zamanı azı 162 nəfərin saxlanılması ilə bağlı məlumatlar açıqlanıb.
BMT-nin insan hüquqları üzrə ekspertləri də oktyabrın 13-də yaydıqları açıqlamada Türkiyədə LGBTİ+ təşkilatlarına və hüquq müdafiəçilərinə qarşı təzyiqləri pisləyiblər. Ekspertlər ifadə azadlığının, dinc toplaşmaq və birləşmək hüquqlarının qorunmasının vacibliyini vurğulayıblar.
QHT-lər Türkiyə hakimiyyətini fəalların təqibinə son qoymağa, vətəndaş cəmiyyəti təşkilatlarının sərbəst fəaliyyətini təmin etməyə və insan hüquqlarına hörmət etməyə çağırıblar.












