“Əkrəm Əylislinin "Daş yuxuları" cızmaqarasına haqq qazandırmaq üçün yumuşaq desək gərək mənsub olduğun xalqa nifrət edəsən. Ona haqq qazandıran tanınmışlara bircə sualım var: Əgər o sadəcə müəllifin normal fikirləridirsə, o zaman ermənilər niyə o kitabı dünyanın 80 dilinə tərcümə etdirib? Mən o kitabın müxtəlif dillərə tərcüməsini BMT-də ermənilər tərəfindən sərgilənməsini gözümlə görmüşəm”.
QHT.az xəbər verir ki, bu sözləri Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov bildirib. O, qeyd edib ki, dəfələrlə beynəlxalq tədbirlərdə ermənilər və onların havadarları tərəfindən Əkrəm Əylislinin müdafiəsinin şahidi olmuşam: “16 oktyabr 2020-ci ildə müharibənin ən qızğın vaxtında ANCA o kitabı Baltimorda onlayn təqdim edən mərasim keçirdi. Bu barədə mən yazmışdım”.
Pərvanə Fərhadqızı










