BMT-nin Azərbaycandakı nümayəndəliyi əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və cəmiyyətin inklüzivliyinin təmin edilməsi istiqamətində səylərini davam etdirir. Təşkilat, "Əlillik İnklüzivliyi Strategiyası" çərçivəsində ofisində əlçatanlıq imkanlarını yaxşılaşdırır və bu prosesdə əlilliyi olan şəxslərlə fəal əməkdaşlıq edir.
QHT.az xəbər verir ki, BMT nümayəndəliyi əlilliyi olan şəxslərin bu sahədə aparılan işləri qiymətləndirməsi və müvafiq tövsiyələr verməsi üçün geniş imkanlar yaradır. Bu addımlar inklüziv mühitin yaradılmasında tərəfdaş təşkilatlarla birgə fəaliyyətin vacibliyini bir daha vurğulayır.
Nümayəndəlik bütün tərəfdaşları inklüziv mühitin qurulmasında fəal iştirak etməyə dəvət edərək, hər kəs üçün bərabər hüquq və imkanların təmin olunmasına çağırır.






